Azərbaycan daha bir ölkədən tozsoran tədarük etməyə başlayıb

Biznes
  • 07 avqust, 2024
  • 10:21
Azərbaycan daha bir ölkədən tozsoran tədarük etməyə başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 10,61 milyon ABŞ dolları dəyərində 190 min 189 ədəd tozsoran idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35,3 %, kəmiyyət olaraq – 47 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 5,75 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 61 % çoxdur) 109 059 ədəd (+72 %), Vyetnamdan 2,82 milyon ABŞ dolları dəyərində (+34 %) 42 133 ədəd (+48,2 %), Türkiyədən 766 min ABŞ dolları dəyərində (-2 %) 30 243 ədəd (+5,6 %), Malayziyadan 277 min ABŞ dolları dəyərində (-18 %) 1 269 ədəd (-39 %), Polşadan 256 min ABŞ dolları dəyərində (-42 %) 1 764 ədəd (-45 %) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Latviyadan (25,63 min ABŞ dolları dəyərində 2 ədəd) tədarük həyata keçirilib.

44 filmi