Azərbaycan daha bir ölkədən toyuq əti konservi almağa başlayıb

Biznes
  • 07 iyul, 2025
  • 12:13
Azərbaycan daha bir ölkədən toyuq əti konservi almağa başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 4,76 milyon ABŞ dolları dəyərində 1 292 ton toyuq ətindən hazır və ya konservləşdirilmiş məhsul idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 23 % çoxdur.

Hesabat dövründə Azərbaycan Belarusdan 2,23 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 83 % çoxdur) 705 ton (+66 %), Almaniyadan 945 min ABŞ dolları dəyərində (+77 %) 178 ton (+76 %), Rusiyadan 663 min ABŞ dolları dəyərində (+23 %) 198 ton (+14 %), Türkiyədən 561 min ABŞ dolları dəyərində (+51 %) 130 ton (+8 %), Macarıstandan 123 min ABŞ dolları dəyərində (-67 %) 18,4 ton (-73 %) məhsul alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçikadan tədarük (0,4 min ABŞ dolları dəyərində 0,03 ton) həyata keçirilib.

44 - Tezliklə