Azərbaycan daha bir ölkədən tipoqrafiya boyası almağa başlayıb
- 15 mart, 2025
- 17:32
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 5,14 milyon ABŞ dolları dəyərində 929 ton tipoqrafiya boyası (qara və digər rənglər) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 3,6 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 2,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 47 % çoxdur) 479 ton (+40 %), Rusiyadan 705,5 min ABŞ dolları dəyərində (-25 %) 160 ton (-12 %), Çindən 641 min ABŞ dolları dəyərində (-42 %) 95,2 ton (-55 %), Ukraynadan 261,3 min ABŞ dolları dəyərində (+12 %) 63,2 ton (+24 %), Hindistandan 252 min ABŞ dolları dəyərində (+68 %) 45,4 ton (+80 %) məhsul alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Cənubi Afrika Respublikasından tədarük (8,3 min ABŞ dolları dəyərində 0,14 ton) həyata keçirilib.