Azərbaycan daha bir ölkədən konservləşdirilmiş toyuq əti idxal etməyə başlayıb
- 26 dekabr, 2023
- 09:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 8,24 milyon ABŞ dolları dəyərində 2 min 298 ton toyuq ətindən hazır və ya konservləşdirilmiş məhsul idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 14 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 2,23 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46 % azdır) 848 ton (-27 %), Macarıstandan 1,71 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 278 ton (+5 dəfə), Almaniyadan 1,53 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 276 ton (+5 dəfə), Belarusdan 1 milyon ABŞ dolları dəyərində (-30 %) 380 ton (-15 %), Ukraynadan 928 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 287 ton (+2,5 dəfə) məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İordaniyadan (48 min ABŞ dolları dəyərində 8 ton) tədarük həyata keçirilib.