Azərbaycan daha bir ölkədən kərə yağı almağa başlayıb
- 07 aprel, 2025
- 14:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan 10,7 milyon ABŞ dolları dəyərində 1 528 ton kərə yağı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 52 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 5,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 887 ton (+2 dəfə), Yeni Zelandiyadan 1,9 milyon ABŞ dolları dəyərində (-15 %) 254 ton (-34 %), Belarusdan 707 min ABŞ dolları dəyərində (+66 %) 82 ton (+12 %), Ukraynadan 704 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 80 ton (+2 dəfə), Almaniyadan 636 min ABŞ dolları dəyərində (+5 dəfə) 70,5 ton (+3,5 dəfə) kərə yağı alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanından tədarük (119 min ABŞ dolları dəyərində 14,4 ton) həyata keçirilib.