Azərbaycan daha bir ölkədən əlil arabası tədarük etməyə başlayıb
- 09 iyun, 2023
- 06:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycana xarici ölkələrdən 202,1 min ABŞ dolları dəyərində 984 ədəd əlil arabası gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 42 %, kəmiyyət olaraq – 8 % azdır.
Hesabat dövründə Azərbaycana Çindən 196,1 min ABŞ dolları dəyərində (+4,8 dəfə) 948 ədəd (+2,2 dəfə), Türkiyədən 3,5 min ABŞ dolları dəyərində 30 ədəd (bir il əvvəl tədarük olmayıb), Kanadadan 1,6 min ABŞ dolları dəyərində 2 ədəd, Böyük Britaniyadan 0,7 min ABŞ dolları dəyərində 3 ədəd (bir il əvvəl tədarük olmayıb) və Polşadan 0,3 min ABŞ dolları dəyərində 1 ədəd (3 il 1 aydan sonra tədarük bərpa edilib) məhsul idxal edilib.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kanadadan tədarük həyata keçirilib.