Azərbaycan daha bir ölkədən donuz əti almağa başlayıb

Biznes
  • 22 dekabr, 2022
  • 12:35
Azərbaycan daha bir ölkədən donuz əti almağa başlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricdən 2,36 milyon ABŞ dolları dəyərində 1 min 063 ton dondurulmuş donuz əti alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15,3 %, kəmiyyət olaraq – 27,5 % çoxdur.

Hesabat dövründə Braziliyadan 2,22 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 1 min 013 ton (+2,4 dəfə), Almaniyadan 100 min ABŞ dolları dəyərində (+32 %) 39,9 ton (+21 %), Macarıstandan 15 min ABŞ dolları dəyərində (+50 %) 5,6 ton (+58 %), Argentinadan 3 min ABŞ dolları dəyərində 1,4 ton, Niderlanddan 3 min ABŞ dolları dəyərində (-97,1 %) 0,8 ton (-97,5 %) məhsul gətirilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Argentinadan tədarük həyata keçirilib.

Ötən il Azərbaycanın xaricdən aldığı 966 ton dondurulmuş donuz ətinin 57 %-i Braziliyanın payına düşüb.

44 - Tezliklə