Azərbaycan daha bir ölkədən badam tədarük etməyə başlayıb

Biznes
  • 28 iyul, 2023
  • 09:06
Azərbaycan daha bir ölkədən badam tədarük etməyə başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xaricdən 1,6 milyon ABŞ dolları dəyərində 292,5 ton badam alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 66 %, kəmiyyət olaraq – 76 % çoxdur.

Azərbaycan Amerika Birləşmiş Ştatlarından 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 76 % çoxdur) 275,7 ton (+88 %), Avstraliyadan 90,4 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 13,2 ton (+2,6 dəfə), İrandan 15 min ABŞ dolları dəyərində (+25 %) 2,1 ton (+39 %), Lüksemburqdan 8,8 min ABŞ dolları dəyərində (+56 %) 0,45 ton (+18 %), Birləşmiş Ərəb Əmirliklərindən 6,2 min ABŞ dolları dəyərində (+11 dəfə) 0,3 ton (+5,3 dəfə) məhsul idxal edib.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qırğızıstandan (0,40 min ABŞ dolları dəyərində 0,2 ton) tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycandan xaricə 382,3 min ABŞ dolları dəyərində (-57 %) 150,6 ton (-54 %) badam göndərilib.

Azərbaycan Özbəkistana 245,7 min ABŞ dolları dəyərində (-46 %) 126,4 ton (-47 %), Rusiyaya 135,4 min ABŞ dolları dəyərində (-69 %) 24 ton (-72 %), Birləşmiş Ərəb Əmirliklərinə 0,7 min ABŞ dolları dəyərində 0,1 (1 il 3 aydan sonra tədarük bərpa edilib) və Qətərə 0,6 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

44 - Tezliklə