Azərbaycan daha bir ölkədən avokado almağa başlayıb
- 09 iyul, 2025
- 11:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 361,4 ton avokado (təzə və ya qurudulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 6 % çoxdur.
Hesabat dövründə Azərbaycan Perudan 484 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % çox) 145 ton (+9 %), Birləşmiş Tanzaniyadan 251,4 min ABŞ dolları dəyərində 80,6 ton (bir il əvvəl tədarük olmayıb), Mərakeşdən 101,7 min ABŞ dolları dəyərində (+7 dəfə) 28,5 ton (+10 dəfə), Türkiyədən 81,8 min ABŞ dolları dəyərində (-63 %) 54,5 ton (-62 %), İsraildən 81,3 min ABŞ dolları dəyərində (+3 dəfə) 26,5 ton (+3 dəfə) avokado alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Livandan tədarük (67,5 min ABŞ dolları dəyərində 18,5 ton) həyata keçirilib.