Azərbaycan daha bir ölkədən antifriz almağa başlayıb

Biznes
  • 14 may, 2025
  • 13:04
Azərbaycan daha bir ölkədən antifriz almağa başlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1,75 milyon ABŞ dolları dəyərində 1 307 ton antifriz idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 23 % çoxdur.

Hesabat dövründə Azərbaycan Belçikadan 459 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2 dəfə çox) 187 ton (+81 %), Ukraynadan 308 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 284 ton (+4 dəfə), Rusiyadan 304 min ABŞ dolları dəyərində (-26 %) 376 ton (-9 %), Türkiyədən 273 min ABŞ dolları dəyərində (-11 %) 227 ton (-23 %), Almaniyadan 253 min ABŞ dolları dəyərində (+64 %) 128 ton (+2 dəfə) məhsul alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İndoneziyadan tədarük (0,05 min ABŞ dolları dəyərində 0,01 ton) həyata keçirilib.

2024-cü ildə Azərbaycana idxal edilən 5 322 ton antifrizin 42 %-i Rusiyanın, 23 %-i Türkiyənin payına düşüb.

44 - Tezliklə