Azərbaycan daha 3 ölkəyə suxarı ixrac etməyə başlayıb
- 05 yanvar, 2023
- 07:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 1,1 milyon ABŞ dolları dəyərində 536,8 ton suxarı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 20 % çoxdur.
Rusiyadan 495 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12 % çoxdur) 256,7 ton (-8 %), Türkiyədən 339 min ABŞ dolları dəyərində (+47 %) 116,3 ton (+40 %), Ukraynadan 94 min ABŞ dolları dəyərində (+6,2 %) 40,4 ton (-20 %), İrandan 67 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 83 ton (+3,4 dəfə), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 22 min ABŞ dolları dəyərində 6,2 ton (ilk dəfə tədarük olub) məhsul alınıb.
Hesabat dövründə Azərbaycan 315 min ABŞ dolları dəyərində (+8,3 dəfə) 109,1 ton (+7,3 dəfə) suxarı ixrac edib.
Moldovaya 111 min ABŞ dolları dəyərində 37,5 ton, Gürcüstana 79 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 25,6 ton (+9 dəfə), Qazaxıstana 61 min ABŞ dolları dəyərində (+91 %) 23,1 ton (+92 %), Belarusa 48 min ABŞ dolları dəyərində 17,8 ton və Almaniyaya 17 min ABŞ dolları dəyərində 5,2 ton məhsul satılıb.
Ötən il son 11 ildə ilk dəfə olaraq Almaniya, Belarus və Moldovaya tədarük həyata keçirilib.