Azərbaycan daha 2 ölkədən konservləşdirilmiş balıq idxal etməyə başlayıb
- 22 fevral, 2024
- 08:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycana 13,84 milyon ABŞ dolları dəyərində 4 min 943 ton hazır və ya konservləşdirilmiş balıq idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 10,4 %, kəmiyyət olaraq – 31 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 4,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % azdır) 2 min 188 ton (+12 %), Çindən 3,6 milyon ABŞ dolları dəyərində (+15 dəfə) 1 min 404 ton (+94 dəfə), Türkiyədən 2,2 milyon ABŞ dolları dəyərində (-3 %) 279 ton (-18 %), Latviyadan 1,6 milyon ABŞ dolları dəyərində (-21 %) 493 ton (-14 %), Belarusdan 681 min ABŞ dolları dəyərində (+34 %) 210 ton (+28 %) məhsul alıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçikadan (16 min ABŞ dolları dəyərində 1,5 ton) və Omandan (0,06 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (27 ölkədən) idxal edilmiş 3 min 787 ton konservləşdirilmiş balığın 52 %-i Rusiyanın, 15 %-i Latviyanın payına düşüb.