Azərbaycan “China Energy International Group"un Qarabağda layihələrdə iştirakını müzakirə edib
- 02 sentyabr, 2023
- 10:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pekinə səfəri çərçivəsində “China Energy International Group Co. Ltd” şirkətinin sədri Lü Dzesianq ilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr barədə müzakirələr aparıb.
"Report" xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkədəki hesabında yazıb.
M.Cabbarov qeyd edib ki, Lü Dzesianq ilə Azərbaycanda energetika sahəsində reallaşdırılan təşəbbüslər və şirkətlə əməkdaşlıq imkanları, ölkəmizin "yaşıl enerji" potensialı barədə müzakirələr aparılıb.
#China Energy International Group Co., Ltd. şirkətinin sədri Lü Dzesianq ilə Azərbaycanda #energetika sahəsində reallaşdırılan təşəbbüslər və şirkətlə əməkdaşlıq imkanları, ölkəmizin #yaşılenerji potensialı və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr barədə… pic.twitter.com/ENbGjRzSrf
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 2, 2023