Azərbaycan Cənubi Koreyadan fetr və keçə alışını bərpa edib
- 07 may, 2025
- 11:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu lin yanvar-fevral aylarında Azərbaycan 596,4 min ABŞ dolları dəyərində 478,3 ton fetr və keçə idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 19 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 529 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 18 % çoxdur) 424 ton (+13 %), İrandan 59,8 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 53,5 ton (+2,2 dəfə), Almaniyadan 4,4 min ABŞ dolları dəyərində (+87 dəfə) 0,01 ton (-50 %), Çindən 1,5 min ABŞ dolları dəyərində (-30 %) 0,5 ton (-50 %), Amerika Birləşmiş Ştatlarından 1,2 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 0,02 ton (-78 %) məhsul alıb.
Azərbaycan 1 il 3 aylıq fasilənin ardından Cənubi Koreyadan tədarükü (0,2 min ABŞ dolları dəyərində 0,01 ton) bərpa edib.