Azərbaycan Cənubi Koreyadan farfor qabların alışını kəskin artırıb

Biznes
  • 21 avqust, 2025
  • 14:57
Azərbaycan Cənubi Koreyadan farfor qabların alışını kəskin artırıb

Bu ilin I yarısında Azərbaycana xarici ölkələrdən 4,3 milyon ABŞ dolları dəyərində 706 ton farfordan yemək və mətbəx qabları gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 13 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 2,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % çox) 526 ton (+20 %), Almaniyadan 607 min ABŞ dolları dəyərində (+3 dəfə) 15,5 ton (+3 dəfə), Türkiyədən 526 min ABŞ dolları dəyərində (-4 %) 97 ton (-12 %), Cənubi Koreyadan 245 min ABŞ dolları dəyərində (+7 dəfə) 6,2 ton (+13 dəfə), Polşadan 209 min ABŞ dolları dəyərində (+55 %) 33 ton (+50 %) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 1,2 min ton farfor qabların 66 %-i Çinin payına düşüb.