Azərbaycan Cənubi Koreyadan avtomobil idxalını kəskin artırıb

Biznes
  • 11 avqust, 2023
  • 09:06
Azərbaycan Cənubi Koreyadan avtomobil idxalını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 388,812 milyon ABŞ dolları dəyərində 30 min 622 ədəd minik avtomobili (benzin və dizel mühərrikli) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 77 %, kəmiyyət olaraq – 45 % çoxdur.

Hesabat dövründə Azərbaycan Koreya Respublikasından 97,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 10 min 869 ədəd (+92 %), Yaponiyadan 76,6 milyon ABŞ dolları dəyərində (+2,6 dəfə) 3 min ədəd (+80 %), Almaniyadan 54,2 milyon ABŞ dolları dəyərində (+48 %) 5 min 440 ədəd (+39 %), Böyük Britaniyadan 37 milyon ABŞ dolları dəyərində (+2,6 dəfə) 1 min 412 ədəd (+63 %) Amerika Birləşmiş Ştatlarından 30,6 milyon ABŞ dolları dəyərində (+14,4 %) 2 min 369 ədəd (-11,1 %) avtomobil alıb.

2022-ci ildə Azərbaycana (32 ölkədən) idxal edilən 670,72 milyon ABŞ dolları dəyərində minik avtomobillərinin 19,34 %-i Almaniyanın, 19,3 %-i Cənubi Koreyanın, 17 %-i Yaponiyanın payına düşüb.

44 - Tezliklə