Azərbaycan Cənub-Şərqi Anadoludan xalça idxalına çəkdiyi xərci 14 % azaldıb
- 15 avqust, 2024
- 05:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 2,510 milyon ABŞ dolları dəyərində xalça idxal edib.
“Report” bu barədə Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 14 % azdır.
Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 1 milyard 90,037 milyon dollarlıq xalça ixrac edilib ki, bu da illik müqayisədə 13 % çoxdur.
7 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük xalça ixracı Amerika qitəsinə (363,108 milyon ABŞ dolları; illik müqayisədə 16 % çox) həyata keçirilib. Onu Yaxın Şərq ölkələri (330,579 milyon ABŞ dolları; illik müqayisədə 24,2 % çox) və Avropa İttifaqı ölkələri (134,885 milyon ABŞ dolları; illik müqayisədə 6,2 % çox) izləyib.