Azərbaycan Cənub-Şərqi Anadoludan xalça idxalına çəkdiyi xərci 13 %-dən çox azaldıb
- 26 iyun, 2024
- 12:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 1,789 milyon ABŞ dolları dəyərində xalça idxal edib.
“Report” bu barədə Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,4 % azdır.
Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 809,395 milyon ABŞ dollarlıq xalça ixrac edilib ki, bu da illik müqayisədə 16,2 % çoxdur.
5 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük xalça ixracı Amerika qitəsinə (269,009 milyon ABŞ dolları; illik müqayisədə 22,4 % çox) həyata keçirilib. Onu Yaxın Şərq ölkələri (248,405 milyon ABŞ dolları; illik müqayisədə 24,8 % çox) və Avropa İttifaqı ölkələri (100,799 milyon ABŞ dolları; illik müqayisədə 8 % çox) izləyib.