Azərbaycan Cənub-Şərqi Anadoludan tekstil mallarının idxalına çəkdiyi xərci 14 % artırıb

Biznes
  • 13 avqust, 2024
  • 08:16
Azərbaycan Cənub-Şərqi Anadoludan tekstil mallarının idxalına çəkdiyi xərci 14 % artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 12,759 milyon ABŞ dolları dəyərində tekstil malları idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 13,9 % çoxdur.

Hesabat dövründə bölgədən xarici ölkələrə ümumilikdə 1 milyard 736,426 milyon ABŞ dollarlıq tekstil malları ixrac edilib ki, bu da illik müqayisədə 0,4 % çoxdur.

7 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən çox tekstil malları Avropa İttifaqı ölkələrinə (506,187 milyon ABŞ dolları məbləğində) ixrac edilib. Bu, 1 il əvvələ nisbətən 2 % çoxdur. Avropa ölkələrini Yaxın Şərq (411,466 milyon ABŞ dolları məbləğində) və Afrika ölkələri (175,585 milyon ABŞ dolları) izləyib. Bu isə, illik müqayisədə müvafiq olaraq 2,6 % az və 1,5 % çoxdur.