Azərbaycan çay idxalını və ixracını azaldıb

Biznes
  • 17 avqust, 2023
  • 12:17
Azərbaycan çay idxalını və ixracını azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 7 min 221 ton çay idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın dəyəri 38 milyon 283 min ABŞ dollar olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 206 ton (14,3 %), dəyər baxımından isə 3 milyon 894 min ABŞ dolları (16,7 %) azdır.

Hesabat dövründə çay idxalı Azərbaycanın ümumi idxalının 0,4 %-ni təşkil edib.

Bundan başqa, 7 ayda Azərbaycan 379 min ton çay ixrac edib. Bu həcmdə çayın dəyəri 3 milyon 417 min ABŞ dollar təşkil edib.

Bunlar isə 1 il əvvələ nisbətən həcm baxımından 884 ton (3,3 dəfə), dəyər baxımından isə 4 milyon 170 min ABŞ dolları (2,2 dəfə) azdır.

Hesabat dövründə çay ixracı Azərbaycanın ümumi idxalının 0,02 %-ni təşkil edib.