Azərbaycan çay idxalını və ixracını artırıb
- 24 fevral, 2025
- 14:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan 1 299 ton çay idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın dəyəri 8 milyon 168 min ABŞ dollar təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 377 ton (40,8 %), dəyər baxımından isə 3 milyon 444 min ABŞ dolları (72,9 %) çoxdur.
Hesabat dövründə çay idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.
Bundan başqa, ötən ay Azərbaycan 471 min ABŞ dollar dəyərində Azərbaycan 51,6 ton çay ixrac edib.
Bunlar, 1 il əvvələ nisbətən həcm baxımından 16,8 ton (48 %), dəyər baxımından isə 126 min ABŞ dolları (36,5%) çoxdur.
Ay ərzində çay ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,02 %-ni təşkil edib.