Azərbaycan bu il Saratovdan 488 min ton taxıl alıb

Biznes
  • 09 noyabr, 2024
  • 07:25
Azərbaycan bu il Saratovdan 488 min ton taxıl alıb

Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Saratov vilayətindən 487,7 min ton ərzaqlıq buğda və arpa idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, ilin əvvəlindən Saratov vilayətindən 30 ölkəyə 767,7 min ton dənli və paxlalı bitkilər, o cümlədən 125,7 min ton taxıl emalı məhsulları göndərilib.

İl ərzində Azərbaycandan sonra Saratov vilayətindən ən çox məhsulu Qazaxıstan (173,8 min ton), Türkiyə (58 min ton), Türkmənistan (28,2 min ton) və Latviya (22,8 min ton) alıb.

İxrac edilən bütün məhsullar "Rosselxoznadzor"un regional idarəsində yoxlanılıb, fitosanitar sertifikatlar verilib və məhsullar idxalçı ölkələrin tələblərinə cavab verib.

44 filmi