​​​​​​​Azərbaycan bu il Çeçenistandan 80 ton ərzaqlıq qarğıdalı dənəsi alıb

Biznes
  • 12 oktyabr, 2023
  • 13:43
​​​​​​​Azərbaycan bu il Çeçenistandan 80 ton ərzaqlıq qarğıdalı dənəsi alıb

Azərbaycan bu ilin əvvəlindən Rusiyanın Çeçenistan bölgəsindən 80,1 ton ərzaqlıq qarğıdalı dənəsi idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, bu il Çeçenistandan ümumilikdə 15 min tondan çox məhsul ixrac edilib. Əsas tədarükçülər Gürcüstan (6 480,9 ton), İran (2 081,1 ton) və Əfqanıstan (1 408 ton) olub.

İxrac edilən məhsullar laboratoriyada yoxlanılıb və idxalçı ölkələrin tələblərinə cavab verib.