Azərbaycan bu il Başqırdıstan mallarının əsas idxalçısı olub

Biznes
  • 26 iyul, 2022
  • 05:46
Azərbaycan bu il Başqırdıstan mallarının əsas idxalçısı olub

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Başqırdıstan üzrə İdarəsi, bu ilin əvvəlindən regiondan yaxın və uzaq xarici ölkələrə ixrac edilmiş 87,5 min ton taxıl və taxıl emalı məhsullarına nəzarət edib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, yoxlanılan və emal olunmuş taxılın ümumi həcmi 21,9 min ton təşkil edib. Xaricə ən çox buğda (3,5 min ton), kətan (16,3 min ton), zəfəran (1,1 min ton) və arpa (0,5 min ton) ixrac edilib.

Başqırd məhsullarının əsas alıcıları Azərbaycan, Belçika, Almaniya, Gürcüstan, Danimarka, Qazaxıstan, Latviya və Özbəkistan olub.

Tənzimlənən məhsulların karantin fitosanitar vəziyyəti ilə bağlı nəticələrə əsasən, 1 602 ixrac fitosanitar sertifikatı verilib.

44 - Tezliklə