Azərbaycan Bruney-Darüssalama alma şirəsi ixrac etməyə başlayıb

Biznes
  • 08 sentyabr, 2023
  • 06:16
Azərbaycan Bruney-Darüssalama alma şirəsi ixrac etməyə başlayıb

Bu ilin I yarısında Azərbaycan 2,78 milyon ABŞ dolları dəyərində 1 min 974 ton alma şirəsi ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 89 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 2,63 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,3 dəfə çoxdur) 1 min 847 ton (+3,6 dəfə), Gürcüstana 81 min ABŞ dolları dəyərində (+88,3 %) 60 ton (+71 %), Qazaxıstana 31 min ABŞ dolları dəyərində 20 ton (1 il 9 aydan sonra bərpa edilib), Malayziyaya 20,4 min ABŞ dolları dəyərində (+64 %) 27,51 ton (+31 %), Səudiyyə Ərəbistanına 9,61 min ABŞ dolları dəyərində (-16 %) 10,4 ton (+7,8 %) məhsul satıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bruney-Darüssalama (5 min ABŞ dolları dəyərində 3,1 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycandan (12 ölkəyə) ixrac edilmiş 2 min 107 ton alma şirəsinin 70,4 %-i Rusiyanın payına düşüb.