Azərbaycan Britaniyadan xardal alışını 570 dəfədən çox artırıb

Biznes
  • 23 oktyabr, 2024
  • 11:32
Azərbaycan Britaniyadan xardal alışını 570 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 233,7 min ABŞ dolları dəyərində 79,3 ton xardal tozu və hazır xardal idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 25 % çoxdur.

Hesabat dövründə Azərbaycan Böyük Britaniyadan 67 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 609 dəfə çoxdur) 5,7 ton (+571 dəfə), Rusiyadan 58 min ABŞ dolları dəyərində (+38 %) 40 ton (+48 %), Niderlanddan 35 min ABŞ dolları dəyərində (-47 %) 11,6 ton (-40 %), Amerika Birləşmiş Ştatlarından 33,8 min ABŞ dolları dəyərində (+89 %) 10,7 ton (+2,2 dəfə), Belarusdan 10,4 min ABŞ dolları dəyərində (+43 %) 4,82 ton (+60 %) məhsul alıb.

2023-cü ildə Azərbaycana 13 ölkədən idxal edilmiş 114 ton xardalın 51,8 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə