Azərbaycan Braziliyadan mal əti tədarükünü kəskin artırıb

Biznes
  • 04 yanvar, 2023
  • 07:24
Azərbaycan Braziliyadan mal əti tədarükünü kəskin artırıb

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 10,913 milyon ABŞ dolları dəyərində 2 min 381 ton dondurulmuş iribuynuzlu heyvan əti idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 33 % azdır.

Hesabat dövründə Ukraynadan 6,977 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 42 % azdır) 1 min 537 ton (-47 %), Hindistandan 1,741 milyon ABŞ dolları dəyərində (+23 %) 526,73 ton (+7,3 %), Braziliyadan 1,503 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 269,54 ton (+2,5 dəfə), Rusiyadan 379 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 24,39 ton (+51 %), Argentinadan 77,24 min ABŞ dolları dəyərində 3,84 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alınıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (13 ölkədən) aldığı 4,45 min ton dondurulmuş iribuynuzlu heyvan ətinin 80 %-i Ukraynanın, 14 %-i Hindistanın payına düşüb.