Azərbaycan Braziliyadan baytarlıq vaksinlərinin alışını bərpa edib
- 15 mart, 2025
- 15:32
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 15,17 milyon ABŞ dolları dəyərində 130,42 ton baytarlıq vaksini idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 29 % çoxdur.
Hesabat dövründə Macarıstandan 4,75 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % artıb) 3,1 ton (-9 %), Türkiyədən 2,72 milyon ABŞ dolları dəyərində (+9 %) 42,47 ton (+31 %), Niderlanddan 1,55 milyon ABŞ dolları dəyərində (+83 %) 3,64 ton (+2,3 dəfə), İspaniyadan 1,2 milyon ABŞ dolları dəyərində (+68 %) 2,68 ton (-14 %), Fransadan 974 min ABŞ dolları dəyərində (+69 %) 2,2 ton (+3 dəfə) məhsul gətirilib.
Azərbaycan 11 il 3 ayın tamamında Braziliyadan tədarükü (36,2 min ABŞ dolları dəyərində 3,4 ton) bərpa edib.