Azərbaycan Böyük Britaniyadan gil alışını kəskin artırıb

Biznes
  • 12 may, 2025
  • 12:50
Azərbaycan Böyük Britaniyadan gil alışını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 252 min ABŞ dolları dəyərində 889 ton gil (bentonit, digər gillər) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 44 %, kəmiyyət olaraq – 59 % azdır.

Hesabat dövründə Azərbaycana Türkiyədən 225 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % çoxdur) 787 ton (+50 %), İrandan 11 min ABŞ dolları dəyərində (+38 %) 72 ton (+47 %), Böyük Britaniyadan 7,6 min ABŞ dolları dəyərində (+108 dəfə) 22,5 ton (+2 250 dəfə), Çindən 5 min ABŞ dolları dəyərində (-86 %) 3,6 ton (-74 %), Amerika Birləşmiş Ştatlarından 2 min ABŞ dolları dəyərində (-87 %) 2,8 ton (-84 %) məhsul gətirilib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 7 587 ton gilin 47 %-i Türkiyənin, 46,8 %-i Rusiyanın payına düşüb.