Azərbaycan Bolqarıstandan printer alışını bərpa edib
- 07 may, 2025
- 16:55
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 2,8 milyon ABŞ dolları dəyərində 33 278 ədəd printer, surətçıxarma və faksmil aparatı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 63 %, kəmiyyət olaraq – 4,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % çoxdur) 27 min ədəd (+4,6 dəfə), Vyetnamdan 371 min ABŞ dolları dəyərində (+97 %) 1 667 ədəd (+2,2 dəfə), Tailanddan 303 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 711 ədəd (+14 dəfə), Filippindən 291 min ABŞ dolları dəyərində (+4 dəfə) 2 188 ədəd (+6,3 dəfə), İndoneziyadan 220 min ABŞ dolları dəyərində (+3 dəfə) 487 ədəd (+2,4 dəfə) məhsul alıb.
Azərbaycan 1 il 4 aylıq fasilənin ardından Bolqarıstandan (9,6 min ABŞ dolları dəyərində 1 ədəd) tədarükü bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 72 min 69 ədəd printerin 61,8 %-i Çinin payına düşüb.