Azərbaycan Bolqarıstandan konservləşdirilmiş balıq alışını bərpa edib
- 05 may, 2023
- 10:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 2,362 milyon ABŞ dolları dəyərində 753 ton hazır və ya konservləşdirilmiş balıq gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 10 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 609,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 65 % azdır) 264 ton (-51 %), Türkiyədən 533 min ABŞ dolları dəyərində (+3,1 %) 73 ton (-17 %), Çindən 316 min ABŞ dolları dəyərində (+12,2 dəfə) 111 ton (+69,4 dəfə), Latviyadan 269 min ABŞ dolları dəyərində (+38 %) 81,11 ton (+28 %), Ukraynadan 200 min ABŞ dolları dəyərində (+40 dəfə) 69,16 ton (+16 dəfə) məhsul alıb.
Beş il 10 aylıq fasilənin ardından Azərbaycan Bolqarıstandan (47,72 min ABŞ dolları dəyərində 6,44 ton) hazır və ya konservləşdirilmiş balıq alışını bərpa edib.