Azərbaycan Bolqarıstandan güc transformatorlarının alışını bərpa edib

Biznes
  • 29 may, 2025
  • 16:52
Azərbaycan Bolqarıstandan güc transformatorlarının alışını bərpa edib

Bu ilin I rübündə Azərbaycan 25,3 milyon ABŞ dolları dəyərində 20 312 ədəd güc transformatoru idxal edib.

"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,5 dəfə çox, kəmiyyət olaraq – 56 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 19,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43 dəfə çoxdur) 14 879 ədəd (-54 %), Türkiyədən 2,3 milyon ABŞ dolları dəyərində (+38 %) 4 718 ədəd (-63 %), Belarusdan 1 milyon ABŞ dolları dəyərində (-20 %) 252 ədəd (-14 %), Fransadan 875 min ABŞ dolları dəyərində (+55 %) 27 ədəd (-89 %), İtaliyadan 630 min ABŞ dolları dəyərində (+3 dəfə) 57 ədəd (-77 %) məhsul alıb.

Azərbaycan 1 il 3 aylıq fasilənin ardından Bolqarıstandan güc transformatorlarının tədarükünü (0,5 min ABŞ dolları dəyərində 1 ədəd) bərpa edib.