Azərbaycan Bolqarıstana metanol satışını bərpa edib

Biznes
  • 16 may, 2025
  • 10:55
Azərbaycan Bolqarıstana metanol satışını bərpa edib

Bu ilin yanvar-mart aylarında Azərbaycan 28,25 milyon ABŞ dolları dəyərində 90 708 ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 % çoxdur, kəmiyyət olaraq 23 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 8,5 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 43 % çox) 26 922 ton (-12 %), Sloveniyaya 5,6 milyon ABŞ dolları dəyərində (+53 %) 18 468 ton (-0,6 %), İtaliyaya 5,57 milyon ABŞ dolları dəyərində (+57 %) 18 434 ton (-0,6 %), İsrailə 4 milyon ABŞ dolları dəyərində (-6 %) 12 369 ton (-46 %), Rumıniyaya 1,35 milyon ABŞ dolları dəyərində (-34 %) 4 153 ton (-60 %) məhsul satıb.

Azərbaycan 1 il 7 aylıq fasilənin ardından Bolqarıstana tədarükü (1,32 milyon ABŞ dolları dəyərində 4 123 ton) bərpa edib.