Azərbaycan Belarusdan fetr və keçə idxal etməyə başlayıb
- 12 dekabr, 2024
- 13:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 2,9 milyon ABŞ dolları dəyərində 2 min 519 ton fetr və keçə idxal edilib.
Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 18 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 2,55 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % çoxdur) 2 min 342 ton (+22 %), İrandan 171,5 min ABŞ dolları dəyərində (-23 %) 145 ton (-21 %), Özbəkistandan 61 min ABŞ dolları dəyərində (-6 %) 12,21 ton (-14 %), Belarusdan 39,73 min ABŞ dolları dəyərində 10,68 ton, Çindən 16,54 min ABŞ dolları dəyərində (-67 %) 6,41 ton (-64 %) məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusdan tədarük həyata keçirilib.