Azərbaycan Belarus və İtaliyadan un alışını dəfələrlə artırıb
- 29 aprel, 2025
- 17:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrdən 562 min ABŞ dolları dəyərində 1 599 ton un (buğda və ya buğda-çovdar, qarğıdalı, digər dənlilərin) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 62 %, kəmiyyət olaraq – 68 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 537,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 62 % azdır) 1 584 ton (-68 %), Türkiyədən 9,93 min ABŞ dolları dəyərində (-83 %) 6,58 ton (-87 %), Fransadan 7,61 min ABŞ dolları dəyərində (+54 %) 4,5 ton (+2,1 dəfə), İtaliyadan 4,44 min ABŞ dolları dəyərində (+5 dəfə) 1,94 ton (+4 dəfə), Belarusdan 1,2 min ABŞ dolları dəyərində (+5 dəfə) 1,9 ton (+4 dəfə) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 21 428 ton unun 99 %-i Rusiyanın payına düşüb.