Azərbaycan BƏƏ-yə gavalı və göyəm ixracını bərpa edib
- 01 avqust, 2023
- 11:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycandan xarici ölkələrə 632 min ABŞ dolları dəyərində 788,4 ton gavalı və göyəm ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,6 dəfə, kəmiyyət olaraq – 5,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 631,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,6 dəfə çoxdur) 788,3 ton (+5,2 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 0,2 min ABŞ dolları dəyərində 0,06 ton və Qətərə 0,06 min ABŞ dolları dəyərində 0,03 ton məhsul satıb.
Azərbaycan 1 il 9 aylıq fasilənin ardından BƏƏ-yə gavalı və göyəm tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycandan (4 ölkəyə) ixrac edilmiş 5,1 min ton gavalı və göyəmin 97,7 %-i Rusiyanın payına düşüb.