Azərbaycan BƏƏ və Səudiyyə Ərəbistanına nar ixrac etməyə başlayıb

Biznes
  • 09 fevral, 2024
  • 06:43
Azərbaycan BƏƏ və Səudiyyə Ərəbistanına nar ixrac etməyə başlayıb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 27,4 milyon ABŞ dolları dəyərində 25 min 260 ton nar ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9,5 %, kəmiyyət olaraq – 40 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 24,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % çoxdur) 21 min 454 ton (+40 %), Ukraynaya 1,4 milyon ABŞ dolları dəyərində (+78 %) 1 min 604 ton (+6 %), Gürcüstana 779 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 1 min 469 ton (+90 %), Belarusa 321 min ABŞ dolları dəyərində (+25 %) 329 ton (+13 %), Qazaxıstana 260 min ABŞ dolları dəyərində (+5,5 dəfə) 334 ton (+3,7 dəfə) məhsul satıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ, 4,3 min ABŞ dolları dəyərində 3,8 ton) və Səudiyyə Ərəbistanına (1,8 min ABŞ dolları dəyərində 0,45 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycandan (9 ölkəyə) ixrac edilmiş 23 min 335 ton narın 85 %-i Rusiyanın payına düşüb.