Azərbaycan BƏƏ və Qətərə qurudulmuş gavalı ixrac etməyə başlayıb
- 29 fevral, 2024
- 09:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan 1,3 milyon ABŞ dolları dəyərində 520,42 ton qurudulmuş qara gavalı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 23 % çoxdur.
Azərbaycan Moldovadan 450 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1,3 % azdır) 129 ton (+7 %), İrandan 376 min ABŞ dolları dəyərində (+30 %) 238 ton (+31 %), Özbəkistandan 255 min ABŞ dolları dəyərində (-0,8 %) 111 ton (-1,8 %), Çilidən 125 min ABŞ dolları dəyərində (+31 dəfə) 24,5 ton (+24 dəfə), Argentinadan 33,52 min ABŞ dolları dəyərində (+5 dəfə) 6,48 ton (+6 dəfə) qara gavalı alıb.
Hesabat dövründə Azərbaycan 8 min ABŞ dolları dəyərində (-76 %) 1,83 ton (-90 %) qurudulmuş qara gavalı ixrac edib.
Azərbaycan Rusiyaya 6,6 min ABŞ dolları dəyərində (-80 %) 1,63 ton (-91 %), Qətərə 0,74 min ABŞ dolları dəyərində 0,1 ton və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 0,63 min ABŞ dolları dəyərində 0,1 ton məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ və Qətərə tədarük həyata keçirilib.