Azərbaycan BƏƏ-dən küncüt toxumunun idxalını bərpa edib
- 01 may, 2025
- 12:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 214 min ABŞ dolları dəyərində 102 ton küncüt toxumu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 5 % azdır.
Hesabat dövründə Azərbaycan Hindistandan 95 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 42 % çoxdur) 42,8 ton (+59 %), İrandan 59,8 min ABŞ dolları dəyərində (+11 %) 35,2 ton (+9 %), Türkiyədən 58,5 min ABŞ dolları dəyərində (-53 %) 24,4 ton (-50 %), Almaniyadan 0,1 min ABŞ dolları dəyərində (+10 %) 0,02 ton (dəyişməyib), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 0,1 min ABŞ dolları dəyərində 0,02 ton məhsul alıb.
Azərbaycan 1 il 7 aylıq fasilənin ardında BƏƏ-dən küncüt toxumunun tədarükünü bərpa edib.