Azərbaycan ayaqqabı ixracından qazancını 2 dəfədən çox artırıb

Biznes
  • 21 may, 2022
  • 12:30
Azərbaycan ayaqqabı ixracından qazancını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 29,784 milyon ABŞ dolları dəyərində ayaqqabılar, getrlər və analoji məmulatlar, onların hissələri idxal olunub.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,2 % çoxdur.

4 ay ərzində Azərbaycanın ayaqqabılar, getrlər və analoji məmulatlar, onların hissələrinin ixracının dəyəri 249 min ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.

Hesabat dövründə ayaqqabılar, getrlər və analoji məmulatlar, onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxalının 0,74 %-ni, bu malların ixracından qazanc isə ümumi ixracın cüzi hissəsini təşkil edib.

44 filmi