Azərbaycan avtomobillərin ehtiyat hissələrinin idxal xərcini 17 % azaldıb

Biznes
  • 27 dekabr, 2021
  • 12:37
Azərbaycan avtomobillərin ehtiyat hissələrinin idxal xərcini 17 % azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 1 milyard 190,3 milyon ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 235,2 milyon ABŞ dolları və yaxud 16,5 % azdır.

Hesabat dövründə avtomobillər və onların ehtiyat hissələrinin idxal xərci Azərbaycanın ümumi idxal xərclərinin 11,4 %-ni təşkil edib.