Azərbaycan Avstriyadan suvarma qurğularının idxalını bərpa edib
- 08 may, 2025
- 09:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 9,4 milyon ABŞ dolları dəyərində 100 326 ədəd suvarma qurğuları (kənd təsərrüfatı və bağçılıq üçün) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 70 %, kəmiyyət olaraq – 60 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 7,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 50 % az) 358 ədəd (-94 %), Birləşmiş Ərəb Əmirliklərindən 1,2 milyon ABŞ dolları dəyərində 84 531 ədəd (bir il əvvəl tədarük olmayıb), Çindən 340 min ABŞ dolları dəyərində (+252 dəfə) 46 ədəd (+53 %), İspaniyadan 326 min ABŞ dolları dəyərində 4 ədəd (bir il əvvəl tədarük olmayıb), İsraildən 283 min ABŞ dolları dəyərində (+25 %) 1 ədəd (dəyişməyib) məhsul alıb.
Azərbaycan 4 il 8 aylıq fasilənin ardından Avstriyadan tədarükü (8,6 min ABŞ dolları dəyərində 6,6 min ədəd) bərpa edib.