Azərbaycan ağac kömürü ixracından qazancını 39 %-dək artırıb

Biznes
  • 29 yanvar, 2022
  • 13:20
Azərbaycan ağac kömürü ixracından qazancını 39 %-dək artırıb

Ötən il Azərbaycan 324,152 milyon ABŞ dolları dəyərində oduncaq və ondan hazırlanan məmulatlar, ağac kömürü idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 65,926 milyon ABŞ dolları (25,5 %) çoxdur.

Ötən il ərzində Azərbaycanın oduncaq və ondan hazırlanan məmulatlar, ağac kömürü ixracının dəyəri isə 1,056 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,294 milyon ABŞ dolları (38,6 %) çoxdur.

Hesabat dövründə oduncaq və ondan hazırlanan məmulatlar, ağac kömürü üzrə idxal Azərbaycanın ümumi idxalının 2,77 %-ni, ixrac isə ümumi ixracın 0 %-ni təşkil edib.