Azərbaycan ABŞ-yə alma şirəsinin ixracını bərpa edib
- 22 yanvar, 2025
- 12:18
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 5,9 milyon ABŞ dolları dəyərində 4 097 ton alma şirəsi ixrac edib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 7,4 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 5,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 % çoxdur) 3 940 ton (+6 %), Gürcüstana 172 min ABŞ dolları dəyərində (+11 %) 121 ton (+5 %), Səudiyyə Ərəbistanına 16,7 min ABŞ dolları dəyərində (-14 %) 14,95 ton (-18 %), Malayziyaya 16,3 min ABŞ dolları dəyərində (-57 %) 16,2 ton (-67 %), Amerika Birləşmiş Ştatlarına (ABŞ) 2,9 min ABŞ dolları dəyərində 4,3 ton alma şirəsi satıb.
Azərbaycan 1 il 9 aylıq fasilənin ardından ABŞ-yə alma şirəsinin tədarükünü bərpa edib.