Azərbaycan ABŞ-dən un tədarükünü bərpa edib

Biznes
  • 01 iyun, 2024
  • 13:55
Azərbaycan ABŞ-dən un tədarükünü bərpa edib

Bu ilin ilk 3 ayında Azərbaycan 2,16 milyon ABŞ dolları dəyərində 7 min 286 ton un (buğda və ya buğda-çovdar, qarğıdalı, digər dənlilərin) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 71 %, kəmiyyət olaraq – 69 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 2,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 72 % azdır) 7 min 214 ton (-70 %), Türkiyədən 72 min ABŞ dolları dəyərində (+20 %) 59 ton (-17 %), Fransadan 9,1 min ABŞ dolları dəyərində (+50 %) 6,1 ton (+50 %), Almaniyadan 3,2 min ABŞ dolları dəyərində (+8 %) 1,7 ton (+31 %), Belarusdan 2,7 min ABŞ dolları dəyərində (+8 %) 4,4 ton (-3 %) məhsul alıb.

Azərbaycan 1 il 8 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından (0,2 min ABŞ dolları dəyərində 0,04 ton) tədarükü bərpa edib.