Azərbaycan 4 ölkədən taxta-şalban idxalını bərpa edib
- 11 mart, 2024
- 12:15
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 5,65 milyon ABŞ dolları dəyərində 4 min 981 ton taxta-şalban idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 29 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % azdır) 1 min 801 ton (-32 %), Belarusdan 1,7 milyon ABŞ dolları dəyərində (-13 %) 1 min 917 ton (-10 %), Çindən 890 min ABŞ dolları dəyərində (-33 %) 543 ton (-40 %), Ukraynadan 443 min ABŞ dolları dəyərində (-45 %) 491 ton (-48 %), İndoneziyadan 237 min ABŞ dolları dəyərində (-30 %) 125,5 ton (-39 %) məhsul alıb.
Azərbaycan 4 il 3 aylıq fasilənin ardından Avstriyadan (1,3 min ABŞ dolları dəyərində 0,05 ton), 2 il 8 aydan sonra Polşadan (1 min ABŞ dolları dəyərində 0,1 ton), 2 il 6 ayın tamamında Almaniyadan (14,4 min ABŞ dolları dəyərində 1,1 ton) və 1 il 7 aylıq aradan sonra Braziliyadan (30,7 min ABŞ dolları dəyərində 12,6 ton) taxta-şalban tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 7 min ton taxta-şalbanın 38 %-i Rusiyanın, 30 %-i Belarusun payına düşüb.