Azərbaycan 3 ölkəyə gavalı və göyəm ixrac etməyə başlayıb
- 12 noyabr, 2025
- 16:36
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4,1 milyon ABŞ dolları dəyərində 6 357 ton gavalı və göyəm ixrac edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 47 %, kəmiyyət olaraq – 32 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 3,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46 % çox) 6 022 ton (+31 %), Birləşmiş Ərəb Əmirliklərinə 99 min ABŞ dolları dəyərində (+77 %) 114 ton (+90 %), Qazaxıstana 69 min ABŞ dolları dəyərində (+13 %) 123 ton (+3 %), Ukraynaya 53 min ABŞ dolları dəyərində 55 ton (bir il əvvəl tədarük olmayıb), Belarusa 34 min ABŞ dolları dəyərində 25 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Honkonqa (1,6 min ABŞ dolları dəyərində 0,2 ton), Monqolustana (6,8 min ABŞ dolları dəyərində 8,5 ton) və Moldovaya (3,3 min ABŞ dolları dəyərində 7,32 ton) tədarük həyata keçirilib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 5,6 min ton gavalı və göyəmin 93 %-i Rusiyanın payına düşüb.