Azərbaycan 3 ölkəyə alma şirəsi ixracını bərpa edib
- 21 iyun, 2023
- 11:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 2 milyon ABŞ dolları dəyərində 1 min 405 ton alma şirəsi ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 98 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 1,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6,4 dəfə çoxdur) 1 min 318 ton (+5,3 dəfə), Gürcüstana 60,75 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 45 ton (+2,3 dəfə), Qazaxıstana 31 min ABŞ dolları dəyərində 20 ton, Malayziyaya 17,1 min ABŞ dolları dəyərində (+42 %) 22,7 ton (+10 %), Qətərə 0,2 min ABŞ dolları dəyərində 0,2 ton və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 0,1 min ABŞ dolları dəyərində 0,1 ton məhsul satıb.
Azərbaycan 4 il 11 ayın tamamında BƏƏ-yə, 4 il 1 aylıq fasilənin ardından Qətərə və 1 il 9 aylıq aradan sonra Qazaxıstana alma şirəsi tədarükünü bərpa edib.