Azərbaycan 3 ölkədən yulaf tədarükünü bərpa edib

Biznes
  • 12 mart, 2024
  • 05:12
Azərbaycan 3 ölkədən yulaf tədarükünü bərpa edib

2023-cü ildə Azərbaycan 1,3 milyon ABŞ dolları dəyərində 1 min 635 ton yulaf idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 1 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % azdır) 1 min 597 ton (+0,4 %), Türkiyədən 54 min ABŞ dolları dəyərində (-27 %) 28,6 ton (-33 %), Almaniyadan 13,4 min ABŞ dolları dəyərində (+25 %) 4,75 ton (-3 %), Belarusdan 2,4 min ABŞ dolları dəyərində (+7 dəfə) 1,7 ton (+6 dəfə), İrlandiyadan 2,4 min ABŞ dolları dəyərində 0,4 ton məhsul alıb.

Azərbaycan 7 ilin tamamında Polşadan (0,7 min ABŞ dolları dəyərində 0,4 ton), 3 il 10 aydan sonra Birləşmiş Ərəb Əmirliklərindən (0,7 min ABŞ dolları dəyərində 0,2 ton) və 1 il 11 aylıq fasilənin ardından İrlandiyadan tədarükü bərpa edib.