Azərbaycan 3 ölkədən velosiped tədarükünü bərpa edib

Biznes
  • 10 fevral, 2024
  • 06:32
Azərbaycan 3 ölkədən velosiped tədarükünü bərpa edib

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 4,4 milyon ABŞ dolları dəyərində 221 min 958 ədəd velosiped (ikitəkərli və digər növ, mühərriksiz) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 % azdır, kəmiyyət olaraq – 56 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 3,94 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 % azdır) 219 min 285 ədəd (+59 %), Rusiyadan 245 min ABŞ dolları dəyərində (-35 %) 1 min 798 ədəd (-23 %), Almaniyadan 48 min ABŞ dolları dəyərində (-39 %) 236 ədəd (-23 %), Belarusdan 40,84 min ABŞ dolları dəyərində (-34 %) 320 ədəd (-12 %), Kambocadan 39,5 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 160 ədəd (+2,5 dəfə) velosiped alıb.

Azərbaycan 8 il 8 aylıq fasilənin ardından Meksikadan (0,18 min ABŞ dolları dəyərində 2 ədəd), 2 ilin tamamında Slovakiyadan (0,15 min ABŞ dolları dəyərində 2 ədəd) və 1 il 7 aydan sonra Yaponiyadan (0,89 min ABŞ dolları dəyərində 7 ədəd) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (28 ölkədən) idxal edilən 143 min 765 ədəd velosipedin 97 %-i Çinin payına düşüb.

44 - Tezliklə